Ödəniş Qaydaları

Son yenilənmə: May 2026

1. Ümumi Məlumat

Bu sənəd Butikim.az platformasındakı ödəniş axınını, balans sistemini və geri qaytarma qaydalarını izah edir. Platformadan satıcı kimi istifadə etməklə siz bu qaydaları qəbul etmiş sayılırsınız.

Butikim.az fiziki mal satmır — yalnız rəqəmsal xidmətlər (abunəlik paketləri və reklam paketləri) təqdim edir. Bu səbəbdən çatdırılma qaydaları tətbiq edilmir.

2. Balans Sistemi

Platformada hər satıcı hesabına iki müstəqil balans bağlıdır:

Real balans

Bank ödəniş şlüzü vasitəsilə bank kartı ilə doldurulur. Abunəlik və reklam paketlərinin alışında istifadə edilir.

Hədiyyə balans

Platforma tərəfindən bonus kimi hesabınıza əlavə edilə bilər. Abunəlik və reklam paketlərinin alışında real balansdan əvvəl istifadə edilir. Hədiyyə balans nağdlaşdırıla və geri qaytarıla bilməz.

Abunəlik paketi və reklam paketi alışında sistem əvvəlcə hədiyyə balansa baxır. Hədiyyə balans yetərsə yalnız oradan çıxılır; çatmadıqda isə çatışmayan hissə real balansdan tamamlanır.

3. Balans Artırmaq (Top-up)

Real balansınızı tətbiq daxilindəki Balans bölməsindən artıra bilərsiniz. Ödəniş axını:

  1. Yükləmək istədiyiniz məbləği daxil edin
  2. Bankın təhlükəsiz ödəniş səhifəsi açılır
  3. Bank kartı məlumatlarınızı daxil edin və ödənişi təsdiqləyin
  4. Uğurlu ödənişdən sonra məbləğ dərhal real balansınıza əlavə olunur
  • Minimum top-up məbləği: 1 AZN; maksimum: 10 000 AZN
  • Son 10 dəqiqə ərzində gözləmədə olan ödəniş varsa yeni top-up başlatmaq mümkün deyil — əvvəlki əməliyyatın nəticəsini gözləyin
  • Bütün məbləğlər AZN (Azərbaycan Manatı) ilə göstərilir

4. Ödəniş Metodları və Təhlükəsizlik

  • Qəbul edilən kartlar: Visa MasterCard (kredit və debet)
  • Bütün kart əməliyyatları bankın PCI DSS sertifikatlı serverləri üzərindən həyata keçirilir
  • Ödəniş əməliyyatı TLS şifrələməsi ilə qorunur

Vacib qeyd

Kart nömrəsi, CVV kodu və son istifadə tarixi Butikim.az serverlərində saxlanılmır və heç bir üçüncü tərəflə paylaşılmır. Bu məlumatlar yalnız ödənişin icrası məqsədilə bank tərəfindən emal olunur.

5. Xidmətlərin Alınması

Balansınız doldurulduqdan sonra tətbiq daxilindən abunəlik paketləri və reklam paketləri satın ala bilərsiniz.

  • Abunəlik paketi: Seçilmiş paket dərhal aktiv olur; 30 gün sonra müddəti başa çatır
  • Reklam paketi: Elan, video və ya butikinizin platformada öne çıxarılması üçün ayrıca ödənişli paketlər; müddəti saatla göstərilir
  • Abunəlik və reklam paketi alışında sistem əvvəlcə hədiyyə balansa baxır; hədiyyə balans çatmadıqda çatışmayan hissə real balansdan tamamlanır
  • Yetərli balans olmadan paket alışı mümkün deyil — əvvəlcə balansı artırın
  • Aktiv abunəlik varsa yeni paket alışı köhnəni ləğv edərək yenisini başladır; köhnə paketdən qalan müddət üçün kompensasiya edilmir

6. Uğursuz Ödənişlər

  • Ödəniş uğursuz olduqda balansınıza heç bir məbləğ əlavə edilmir; xidmət aktivləşmir
  • Uğursuz ödəniş barədə tətbiq vasitəsilə bildiriş göndərilir
  • Kartınızdan məbləğin çıxıldığını, lakin balansınıza əks olunmadığını görsəniz dərhal bizimlə əlaqə saxlayın

7. Geri Qaytarma Siyasəti

Butikim.az rəqəmsal xidmətlər satır. Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununa uyğun olaraq, dərhal aktivləşən rəqəmsal xidmətlər üzrə aşağıdakı qaydalar tətbiq edilir.

Real balans (top-up)

Balansınıza əlavə edilmiş, lakin hələ heç bir xidmətə xərclənməmiş real məbləğin geri qaytarılması üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Hər müraciət ayrıca nəzərdən keçirilir.

Hədiyyə balans

Hədiyyə balans heç bir halda nağdlaşdırıla və ya geri qaytarıla bilməz.

Aktivləşdirilmiş abunəlik

Paket aktivləşdikdən sonra imtina edilərsə ödənilmiş məbləğ geri qaytarılmır. Xidmət başlayan andan paket istifadə edilmiş sayılır.

Reklam / irəli çəkilmə

İstifadə edilmiş reklam müddəti geri qaytarılmır. Texniki nasazlıq səbəbindən xidmət tam göstərilmədikdə geri qaytarma tələbi nəzərdən keçirilir — bu halda 3 iş günü ərzində bizimlə əlaqə saxlayın.

Hesab silinməsi

Hesabınızı silmək xidmətdən tam imtina sayılır. Bu halda balans (real və hədiyyə) birdəfəlik silinir, geri qaytarılmır.

8. Ləğv və Geri Qaytarma Tələbi

Abunəliyinizin ləğvi və ya geri qaytarma tələbi üçün aşağıdakı qaydalar tətbiq edilir:

  • Tələbinizi e-poçt (info@butikim.az) və ya WhatsApp vasitəsilə göndərin; hesab e-poçtunuzu və tələbin səbəbini qeyd edin
  • Müraciətlər 5 iş günü ərzində cavablandırılır
  • Paket dəyişikliyi (yüksəyə keçid) dərhal qüvvəyə minir; köhnə paketin qalan günləri üçün kompensasiya edilmir
  • Platforma qayda pozuntusuna görə abunəliyi ləğv etdikdə ödənilmiş məbləğ geri qaytarılmır

9. Mübahisəli Ödənişlər

Hesabınıza aid tanımadığınız bir əməliyyat gördükdə:

  1. Dərhal bizimlə əlaqə saxlayın (aşağıdakı əlaqə məlumatları)
  2. Eyni zamanda bankınıza müraciət edərək kart sahibi olaraq etiraz (chargeback) prosedurundan istifadə edə bilərsiniz
  3. Mübahisəli əməliyyatların araşdırılması üçün 5 iş günü müddəti tələb oluna bilər

10. Əlaqə

Ödənişlə bağlı hər hansı sual və ya problemlə rastlaşdığınız halda bizimlə əlaqə saxlayın: