Sırf moda üçün mobil platforma — geyim, ayaqqabı, aksesuar, kosmetika. Hər şeyin satıldığı qarışıq elan saytı deyil; məhsulun minlərlə elanın içində itmir.
Alıcılar üçün
Axtardığın məhsulu tap, butiklə birbaşa əlaqə qur. Heç bir vasitəçi yoxdur.
Kateqoriya, məhsul adı və ya butik adına görə axtar. Geyim, ayaqqabı, aksessuar — hamısı bir yerdə.
Butiklərin məhsul videolarını izlə. Bəyəndiyini tap, butiklə birbaşa əlaqə qur.
Butiklərin gündəlik yeniliklərini, kampaniyalarını və yeni məhsullarını qaçırma.
Telefon, WhatsApp vasitəsilə butiklə birbaşa danış. Heç bir vasitəçi yoxdur.
Bəyəndiyini saxla, istədiyin vaxt geri qayıt. Favoritlər həmişə əlinin altında.
Sevdiyin butikin yeniliklərini, yeni elanlarını qaçırma. Bildiriş gəlir.
Satıcılar üçün
Öz mağazan minlərlə alıcıya çatır. Alıcı səni tapır, birbaşa WhatsApp-dan yazır — komissiya yoxdur, satış tamamilə səninlə müştəri arasında.
Şəkillərlə məhsullarını əlavə et. Kateqoriya, qiymət, ölçü — müştərilər hər şeyi görür.
Məhsul videolarını yüklə. Alıcılar axında görür, sən heç nə etmirsən.
24 saatlıq yeniliklər, kampaniyalar. İzləyicilərini canlı tut.
Elanını axının əvvəlinə çıxart. Daha çox alıcı, daha çox əlaqə.
Gündəlik görüntüləmə, bəyənmə, izləyici statistikası. Nəyin işlədiyini bil.
Alıcılar WhatsApp-dan birbaşa sənə yazır. Sənin şərtlərinlə.
Necə işləyir
App Store və ya Google Play-dən Butikim-i endir.
WhatsApp və ya info@butikim.az-dan bizə yaz — butik məlumatını ver. Mağazanı biz açırıq.
Tətbiqdən paketini özün seç. Şəkil, qiymət, ölçü, rəngi daxil edib məhsul, video, story yüklə. Alıcılar birbaşa WhatsApp-dan yazır — komissiyasız.